"Ülker" məhsullarını al, “Poz və Qazan” oyununda iştirak et, yüzlərlə hədiyyə qazan!
Bu yay alış-verişin daha maraqlı və daha həyəcanlı olacaq!
25 iyun – 25 iyul tarixlərində Bravo mobil tətbiqində keçirilən “Poz və...
Bu yay alış-verişin daha maraqlı və daha həyəcanlı olacaq!
25 iyun – 25 iyul tarixlərində Bravo mobil tətbiqində keçirilən “Poz və Qazan” kampaniyasına qoşul, hər gün şansını sına və dəyərli hədiyyələr qazanmaq imkanı əldə et.
Kampaniyada iştirak etmək üçün Bravo mobil tətbiqinin istifadəçisi olmalı və bir alış-veriş zamanı "Ülker" brendinə məxsus istənilən məhsullardan minimum 5 AZN dəyərində almalısan. Şərtləri yerinə yetirdikdən sonra Bravo mobil tətbiqində yerləşən “Poz və Qazan” oyununda iştirak hüququ qazanacaqsan.
Oyunda səni yüzlərlə hədiyyə gözləyir. Məişət texnikaları, elektronika məhsulları və pulsuz "Ülker" məhsulları qazanmaq üçün sadəcə alış-veriş et və şansını sına.
Kampaniya müddəti: 25 iyun – 25 iyul 2026
Kampaniyada yalnız Bravo mobil tətbiqi istifadəçiləri iştirak edə bilər.
İştirak üçün "Ülker" məhsullarından minimum 5 AZN məbləğində alış-veriş edilməlidir.
Hər müştəri gün ərzində yalnız 1 dəfə oyunda iştirak edə bilər.
Kampaniya müddətində alınmış kampaniya məhsullarının 2 və ya daha çox dəfə qaytarılması halında müştərinin kampaniyadakı iştirakı dayandırılır.
Məişət əşyası qazanan müştərilər hədiyyələrini 3 avqust – 16 avqust tarixləri arasında Bravo Koroğlu Hipermarketinin Müştəri Xidmətləri şöbəsinə yaxınlaşaraq əldə edə bilərlər.
Qeyd edirik ki, hədiyyə qazandıqdan sonra kampaniya çərçivəsində alınmış məhsulların qaytarılması aşkar edilərsə, qazanılmış hədiyyə müştəriyə təqdim edilməyəcəkdir.
Qazanılmış hədiyyə məhsulu mağazada satışda olduğu halda müştəri onu istənilən Bravo mağazasından əldə edə bilər.
Bunun üçün:
Kassada Bravo mobil tətbiqindəki Bir Bonus kartının barkodunu təqdim etmək;
Hədiyyə olaraq qazanılmış məhsulu kassaya təqdim etmək;
Bravo mobil tətbiqinin “Kuponlar” bölməsindəki kuponu aktivləşdirərək kuponun ştrix-kodunu kassada göstərmək tələb olunur.
Diqqət: Qazanılmış pulsuz məhsul kuponları 31 iyul 2026-cı il tarixinədək etibarlıdır. Müştərilər qazandıqları kuponları bu tarixədək istifadə etməlidirlər. İstifadə edilməmiş kuponlar 31 iyul tarixindən sonra qüvvədən düşəcəkdir.
"Ülker" məhsullarını səbətinə əlavə et, Bravo mobil tətbiqində “Poz və Qazan” oyununa qoşul və hər alış-verişi yeni bir hədiyyə fürsətinə çevir. Bəlkə də növbəti qalib sən olacaqsan!
Bravo tətbiqi yükləmək üçün link: Bravo Mobil tətbiq | Bravo Supermarket
Digər fəaliyyətlər ilə tanış olun!
Bu yay alış-verişin daha maraqlı və daha həyəcanlı olacaq!
25 iyun – 25 iyul tarixlərində Bravo mobil tətbiqində keçirilən “Poz və...
BRAVO müştəriləri üçün yeni və dadlı kampaniya başladı! Yeni Sprite Moxito və Fanta Nar məhsullarını sınayın, alış-veriş etdikcə ştamp toplayın...
BRAVO mobil tətbiqində “Silkələ və Qazan” kampaniyasına start verilir!
Dünya Ağız Sağlamlığı Günü münasibətilə Sensodyne, Parodontax və Aquafresh brendlərinin tərəfdaşlığı...