Azərbaycan
Siyahıya qayıt

Sensodyne, Aquafresh və Paradontax ilə "Silkələ və Qazan"

BRAVO mobil tətbiqində “Silkələ və Qazan” kampaniyasına start verilir!
Dünya Ağız Sağlamlığı Günü münasibətilə Sensodyne, Parodontax və Aquafresh brendlərinin tərəfdaşlığı ilə Bravo mobil tətbiqində “Silkələ və Qazan” adlı yeni kampaniyaya start verilir. Kampaniya çərçivəsində müştərilər həm müxtəlif endirim kuponları, həm də iPhone 17, Apple Watch və AirPods kimi dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Kampaniyada iştirak etmək istəyən müştərilər bir qəbzdə minimum 15 AZN məbləğində Sensodyne, Parodontax və Aquafresh məhsulları almalı, alış-veriş zamanı isə Bravo mobil tətbiqindəki müştəri barkodunu kassada təqdim etməlidirlər. Alış tamamlandıqdan sonra tətbiqdə “Silkələ və Qazan” oyunu avtomatik aktivləşəcək.
18 may – 18 iyun tarixlərini əhatə edən kampaniya bütün Bravo mağazalarında keçərlidir. Oyunda qazanılan hədiyyələr Bravo mobil tətbiqində kupon şəklində saxlanılacaq. Müştərilər qazandıqları endirim kuponlarından növbəti alış-verişlərində minimum 10 AZN, 20 AZN və ya 30 AZN məbləğində alış zamanı istifadə edə bilərlər.
Kampaniya şərtlərinə əsasən tütün, alkoqol və endirimli məhsullar kupon istifadəsinə daxil edilmir. Kupondan yararlanmaq üçün kassada əvvəlcə Bravo tətbiqindəki müştəri barkodu, daha sonra isə hədiyyə kuponunun barkodu oxudulmalıdır.
Bununla yanaşı:
•    Əgər 10 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 30 AZN-lik alış-veriş zamanı qəbzinizdə minimum 10 AZN,
•    Əgər 5 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 20 AZN-lik alış-veriş zamanı qəbzinizdə minimum 5 AZN,
•    Əgər 2 AZN dəyərində endirim kuponu qazanmısınızsa, növbəti 10 AZN-lik alış-veriş zamanı isə qəbzinizdə minimum 2 AZN dəyərində endirimsiz məhsul alınmalıdır.
Qazanılan kuponlar tətbiqdə “İddia etmək üçün basın” düyməsi vasitəsilə aktivləşdirilir və aktivləşdirildikdən sonra yalnız 1 saat müddətində keçərli hesab olunur. Müddət ərzində istifadə edilməyən kuponlar etibarsız sayılır.
Əsas hədiyyələrin qalibləri hədiyyələrini 19 iyun – 30 iyun tarixlərində Bravo Hiper Koroğlu filialından təhvil ala bilərlər.
Qeyd edək ki, hər müştəri kampaniya müddətində həftədə maksimum 1 dəfə “Silkələ və Qazan” oyununda iştirak edə bilər və hər qəbz üzrə yalnız 1 kupondan istifadə mümkündür. Endirim kuponları isə bütün Bravo mağazalarında keçərlidir.
Bravo müştərilərini alış-veriş zamanı həm əylənməyə, həm də daha sərfəli fürsətlər qazanmağa dəvət edir.
 

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Sensodyne, Aquafresh və Paradontax ilə "Silkələ və Qazan"

BRAVO mobil tətbiqində “Silkələ və Qazan” kampaniyasına start verilir!
Dünya Ağız Sağlamlığı Günü münasibətilə Sensodyne, Parodontax və Aquafresh brendlərinin tərəfdaşlığı...

Bravo Online-dan Pulsuz Çatdırılma!

BRAVO ONLINE pulsuz çatdırılma! 

BRAVO tətbiq daxilində olan BRAVO ONLINE alış-veriş platformasından Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində bol...

Bravo tətbiqində yeni dövr: HexaCoin-lər ilə daha çox qazan, daha sürətli yüksəl!

Bravo tətbiqində səni daha maraqlı və qazandıran bir yenilik gözləyir!

Bravo müştəriləri üçün xüsusi təqdim olunan bu yeni sistemlə artıq hər...