Azərbaycan
Siyahıya qayıt

Bravo-da "Sosial Tərəfdaş" layihəsi

BRAVO supermarketlər şəbəkəsində Sosial Tərəfdaş layihəsi çərçivəsində müvafiq vətəndaşlara xüsusi endirim imkanı təqdim olunur.

1 sentyabr 2026-cı il tarixindən etibarən layihə BRAVO supermarketlər şəbəkəsinin bütün filiallarında keçərlidir.

2% XÜSUSİ ENDİRİM

Layihə çərçivəsində mağazada endirimdə (aksiyada) olmayan məhsullara 2% endirim tətbiq edilir.

Endirimdən yararlanmaq üçün müştəri myGov mobil tətbiqində təqdim olunan xüsusi barkodu kassada təqdim etməlidir. Barkod kassir tərəfindən skan edildikdən sonra endirim müvafiq məhsullara avtomatik tətbiq olunur.

Endirimə daxil olmayan məhsullar

2% endirim aşağıdakı məhsullara tətbiq edilmir:

  • Cari kampaniyalara daxil olan və artıq endirim tətbiq edilmiş məhsullar;
  • Siqaret və digər tütün məhsulları;
  • Spirtli içkilər;
  • Qanunvericilik və layihə qaydalarına əsasən endirim tətbiq olunmayan digər məhsul kateqoriyaları.

Layihə üzrə aylıq endirimli alış-veriş limiti 350 AZN təşkil edir.

Sosial Tərəfdaş layihəsi çərçivəsində məhsullar üzrə ədəd və ya çəki məhdudiyyəti tətbiq edilmir.

Vacib məlumat

Müştəri Sosial Tərəfdaş endirimindən yararlanarkən myGov tətbiqindəki barkodu kassada təqdim etməlidir.

Sosial Tərəfdaş barkodu təqdim edildikdə, əlavə olaraq BRAVO mobil tətbiqinin barkodunun təqdim edilməsinə ehtiyac yoxdur.

Bir alış zamanı yalnız bir loyallıq endirimi tətbiq oluna bilər.

Müştərilərimizə təqdim olunan bu xüsusi imkandan yararlanaraq BRAVO-da alış-verişinizi daha sərfəli edin!

 

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo-da "Sosial Tərəfdaş" layihəsi

BRAVO supermarketlər şəbəkəsində Sosial Tərəfdaş layihəsi çərçivəsində müvafiq vətəndaşlara xüsusi endirim imkanı təqdim olunur.

1 sentyabr 2026-cı il tarixindən etibarən layihə BRAVO...

Leo Mastercard kart sahibləri üçün Bravo-da 7% keşbek

Bravo müştərilərini sevindirəcək yeni kampaniya çərçivəsində mövcud Leobank Mastercard kart sahibləri alış-verişlərini daha sərfəli edə biləcəklər. Kampaniya müddətində Bravo supermarketlərində...

Bravo-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində xüsusi endirimlərdən yararlanın

Bravo olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Sosial Tərəfdaş” layihəsinə qoşulmaqdan məmnunuq.

Layihə çərçivəsində həssas əhali...