Azərbaycan

Sevərək izlədiyiniz və hər mövsüm minlərlə Bravo Club üzvünün iştirak etdiyi “Bravo Super 5” lotereyasının 3-cü mövsümü başladı! Bu dəfə də sizi möhtəşəm hədiyyələr gözləyir!

Lotereya tarixi: 26 iyun – 24 avqust 2025

Necə iştirak etməli?

Lotereyada iştirak etmək üçün sadəcə Bravo Club üzvü olmaq və Birmarket tətbiqində BRAVO CLUB bölməsində “Qoşuluram” düyməsini aktivləşdirmək kifayətdir. Daha sonra isə:

- Bravo marketlərindən Bravo Club kartınızı kassada təqdim edərək minimum 20 AZN dəyərində alış-veriş edin. 
- Səbətinizdə ən az 1 ədəd Bravo Brand məhsulu olsun. Bravo Brand məhsullarına "Oluna", "Femilea", "Sunbai", "Cleverest", "Milvana", "Bravo Fırın", "Papisoft" və "Coolsy" brendləri daxildir.
- Hər belə 20 AZN dəyərində edəcəyiniz alış-veriş sizə 1 lotereya şansı qazandıracaq. Məsələn, əgər 70 AZN dəyərində alış-veriş etmisinizsə və səbətinizdə ən az 1 ədəd Bravo Brand məhsulu varsa, bu halda 3 lotereya şansı qazanmış olacaqsınız, lakin 70 AZN dəyərində alış-veriş etmisiniz və səbətinizdə ən az 1 ədəd Bravo Brand məhsulu yoxdursa, bu zaman heç bir şans qazanmış olmayacaqsınız. 
- Tütün və alkoqollu məhsulların alışına görə şanslar hesablanmır. 

Unutmayın! Alış-veriş məbləğiniz artdıqca şanslarınız da artır. 

Lotereya hədiyyələri:

Bu mövsümün hədiyyələri daha da dəyərlidir:

  • 1 ədəd Audi Q7

  • 10 ədəd iPhone 16 Pro

  • 5 ədəd 1000 AZN-lik Bravo hədiyyə kartı

  • 20 ədəd 250 AZN-lik Bravo hədiyyə kartı

  • 50 ədəd 100 AZN-lik Bravo hədiyyə kartı

Bu yay həm alış-veriş edin, həm də uduş qazanmaq fürsətini əldən verməyin!

Qaliblər 9 sentyabr 2025-ci il tarixində müəyyən ediləcək. Qazandığınız şanslar Bravo Club hesabınızda 48 saat ərzində görsənəcəkdir. Daha çox şans üçün hər alış-verişinizi BRAVO-da edin və “Doğru Seçim” etdiyinizə əmin olun! Daha ətraflı məlumatları əldə etmək üçün bizi sosial şəbəkələrdə izləyin. 

Bravo Club yükləmək üçün link: Bravo Club

Bravo marketlərin ünvanları: Marketlərimiz | Bravo Supermarket

Üstünlüklər

Aksiyalar

Endirim qazan

Kupon

Bravo Club-la hər ayın sonuna qədər edəcəyiniz müxtəlif məbləğli alış-verişlər sizə endirim kuponları qazandıracaq. Hər bir müştərimiz üçün alış-verişə əsasən hesablanmış endirim kuponlarımız mövcuddur, sizə uyğun endirim kuponlarını görmək üçün Umico mobil tətbiqi daxilindəki Bravo Club hissəsinə daxil olmağınız lazımdır. Qeyd: Ay ərzində qazanılmış kupon istifadə edilə bilməsi üçün mütləq şəkildə həmin ayın sonunadək Bravo Club-a daxil olaraq “Aktiv” edilməlidir. Əks halda, ay bitdikdə kupon istifadə edilmədən ləğv olunacaq. Kupon endirimli məhsullara, tütün məhsullarına və spirtli içkilərə şamil edilmir.

Kuponlar

Endirimli məhsullar