Vəzifə öhdəlikləri:
İctimaiyyətlə Əlaqələr və Media İdarəetməsi:
- Şirkətin müsbət imicini və brendini təbliğ etmək məqsədilə PR strategiyalarını hazırlamaq və həyata keçirmək.
- Media nümayəndələri, influencerlər və digər əsas maraqlı tərəflərlə əlaqələr qurmaq və inkişaf etdirmək.
- Press-relizlər, media məlumat dəstləri və digər kommunikasiya materiallarını hazırlamaq və yaymaq.
- Media sorğularını cavablandırmaq, böhran anlarında kommunikasiya idarəetməsini təmin etmək.
- PR kampaniyalarının effektivliyini izləmək, qiymətləndirmək və marketinq fəaliyyətlərini təkmilləşdirmək üçün təkliflər hazırlamaq.
Korporativ Sosial Məsuliyyət (KSM) və Tədbirlər İdarəetməsi:
- Şirkətin dəyərləri və biznes məqsədlərinə uyğun KSM təşəbbüslərini inkişaf etdirmək və həyata keçirmək.
- Könüllü proqramlar, ictimai əlaqələri və xeyriyyə tədbirlərinin təşkilinə nəzarət etmək.
- Şirkət adına tədbirlər, konfranslar, seminarlar və mətbuat toplantıları təşkil etmək və bu tədbirlərdə media nümayəndələri ilə əlaqələr qurmaq.
- QHT-lər və ictimai təşkilatlarla əməkdaşlıq edərək sosial məsuliyyət fəaliyyətlərini inkişaf etdirmək və təsirini izləmək.
Media və Marketinq Fəaliyyətləri:
- Ticarət təqvimi üzrə işləri izləmək və məhsul siyahılarını zamanında əldə etmək.
- Kreativ brifinqlər hazırlamaq və reklam kampaniyalarını strategiya ilə uyğunlaşdırmaq.
- Radio/TV spotlarının təşkili və reklam materiallarının hazırlanması üçün fotoşəkil, liflet və digər dizayn işlərini koordinasiya etmək.
- Tədbirlər üçün video çəkilişlərin təşkilini və media planları ilə əlaqədar işləri həyata keçirmək.
- Televiziya və radio yayımlarının hazırlanması, xüsusi tədbirlər və marketinq kampaniyalarının təşkili.
- Şirkət və məhsulların görünürlüğünü artırmaq üçün media analizi aparmaq və reklam büdcəsini idarə etmək.
Kommunikasiya və Hesabatlılıq:
- İctimaiyyətlə əlaqələr və marketinq kampaniyalarının gedişatını ölçmək üçün KPI-lər təyin etmək və onların təsirini qiymətləndirmək.
- Marketinq strategiyalarının və taktikalarının effektivliyini analiz etmək və lazımi düzəlişlər etmək.
- Marketinq və PR fəaliyyətlərinin qiymətləndirilməsi üçün mütəmadi olaraq hesabatlar hazırlamaq.
- Daxili və xarici maraqlı tərəflərlə kommunikasiya və əməkdaşlığı təmin etmək.
Yaradıcı və Strateji Yanaşma:
- Yaradıcı marketinq kampaniyaları üçün ideyalar hazırlamaq və beyin fırtınası sessiyaları keçirmək.
- Şirkətin media planını yaradaraq uyğun reklam kanallarını seçmək və büdcənin effektiv idarə olunmasını təmin etmək.
- Tədbirlər, promo və digər xüsusi layihələr üçün strateji marketinq planları hazırlamaq.
Tələblər:
- İctimaiyyətlə Əlaqələr, Marketinq, Kommunikasiya, Jurnalistika və ya oxşar sahə üzrə bakalavr dərəcəsi.
- İctimaiyyətlə əlaqələr, media menecmenti və ya marketinq sahəsində 5+ il təsdiqlənmiş təcrübə.
- PR kampaniyalarının, media əlaqələrinin və böhran kommunikasiya proseslərinin uğurla idarə olunması təcrübəsi.
- Korporativ sosial məsuliyyət (CSR) layihələrinin planlaşdırılması və həyata keçirilməsi sahəsində təcrübə.
- Fikirdən icraya qədər tədbirlərin planlaşdırılması və idarə olunması üzrə sübut olunmuş təcrübə.
- Video çəkilişləri, radio/TV reklamları və digər media istehsalı sahəsində praktiki təcrübə.
- Reklam büdcəsinin idarə olunması və media analizlərinin aparılması üzrə təcrübə.
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.
- Media nümayəndələri və influenserlərlə güclü əlaqə qurmaq bacarığı.
- Mətbuat relizləri, media dəstləri və rəsmi açıqlamaların hazırlanmasında bacarıqlı.
- Böhran dövrlərində etibarlı kommunikasiya aparmaq bacarığı.
- Birləşdirilmiş PR və media strategiyalarının hazırlanması və tətbiqi bacarığı.
- Marketinq kampaniyalarının (xüsusilə tədbir və promosyonlar) planlaşdırılması sahəsində təcrübə.
- Yaradıcılıq təlimatlarının verilməsi, məzmun yaradılması və brend hekayəçiliyi sahəsində bacarıq.
- PR və marketinq fəaliyyətlərinin qiymətləndirilməsi üçün KPİ-lərin və analitikanın anlayışı.
- Layihələrin idarə olunması və tədbirlərin koordinasiyası sahəsində güclü bacarıqlar.
- QHT-lərlə əməkdaşlıq və brend dəyərlərinə uyğun CSR təşəbbüslərinin planlaşdırılması bacarığı.
- İcma layihələrinin və könüllülük proqramlarının idarə olunması təcrübəsi.
- TV/radio reklam çarxlarının, video və fotosessiyaların istehsalı üzrə bilik və təcrübə.
- Qrafik dizayn prosesləri və yaradıcılıq alətləri ilə tanışlıq.
- Dizaynerlər, fotoqraflar və istehsalat komandaları ilə əməkdaşlıq etmək bacarığı.
- Media monitorinqi alətləri, Google Analytics və marketinq göstəricilərinin izlənilməsi vasitələrinə yüksək səviyyədə bələdlik.
- Sosial media platformaları, rəqəmsal reklam və məzmun planlaşdırma alətləri ilə tanışlıq.
- Yaradıcı düşüncə, təşəbbüskar və strateji yanaşma qabiliyyəti.
- Diqqətli və təşkilatçılıq qabiliyyəti yüksək, güclü layihə idarəetməsi bacarığına sahib
- Komanda ilə işləmək bacarığı, müxtəlif departamentlərlə əməkdaşlıqda çevik.
- Bir neçə prioriteti və çətin vaxt qrafiklərini effektiv şəkildə idarə edə bilən.
- Davamlı, çevik və məsuliyyətli kommunikasiya situasiyalarında özünü itirməyən.
- Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı.
Müraciət qaydası: Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində “PR & Media marketinqi üzrə menecer” yazılması xahiş olunur. Yalnız seçim mərhələsini keçən namizədlərlə əlaqə saxlanılacaq.