Russian

CCTV üzrə mütəxəssis

  • Tabeliyində olan işçilərə nəzarət etmək
  • Giriş nəzarəti, təhlükəsizlik siqnalı, video müşahidə sistemləri Müşahidə sistemləri və digər fərqli təhlükəsizliklə əlaqəli sistemlərin quraşdırılması və xidmətini həyata keçirmək.
  • Sistemləri qiymətləndirmək, diaqnoz qoymaq, problemi həll etmək və təmir işlərini lazımi qaydada həyata keçirmək.
  • Funksionallığı və istifadə qabiliyyətini artırmaq üçün yeniliklər və əlavələr həyata keçmək.
  • İnventarlaşdırma aparmaq və tələb edilən avadanlıq və təchizatları təmin etmək.
  • İş sahəsində lazım olan materialların mövcudluğunu təmin etmək üçün müxtəlif əşyaları daşımaq (məs. alətlər, avadanlıq, qurğuları və s.).
  • Təhlükəsiz problemlərini dərhal həll etmək üçün iş saatından sonra və iş saatı ərzində fövqəladə hallara cavab vermək.
  • Video müşahidə sistemləri , girişə nəzarət qurğularını və lazimi təhlükəsiz siqnalı sistemlərini əlavə etmək üçün kompüter proqramının istifadəsini düzgün şəkildə həyata keçmək.
  • Layihələri effektiv şəkildə həyata keçirmək və xidmətlər göstərmək üçün ehtiyac olduqda müəssisə rəhbərləri və digər mütəxəssislərlə əlaqələndirmək.
  • Qərarlar qəbul etmək, tədbir görmək və ya sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək məqsədi ilə lazımi məlumat təmin etmək üçün əməliyyat və\və ya sistemlərin vəziyyəti barədə heyəti məlumatlandırmaq.

Vəzifə üzrə tələblər:

  • CCTV, girişə nəzarət və təhlükəsizlik sistemlərinin quraşdırılması, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması üzrə təcrübə.
  • Elektronika, şəbəkə və təhlükəsizlik avadanlıqları sahəsində texniki biliklər.
  • İşçi heyətinə nəzarət etmək və digər şöbələrlə koordinasiyalı işləmək bacarığı.
  • Problemlərin həlli və diaqnostika üzrə güclü bacarıqlar.
  • İş saatı ərzində və işdən kənar fövqəladə hallara çevik reaksiya göstərmək imkanı.
  • Əmək mühafizəsi, sağlamlıq və təhlükəsizlik qaydaları üzrə biliklər.
  •  Avadanlıqların, alətlərin və materialların daşınması və quraşdırılması üçün fiziki imkan.
  • Elektronika, İT və ya təhlükəsizlik sistemləri üzrə peşə/texniki təhsil və ya sertifikatlar (üstünlük verilir).
  • Yeni təhlükəsizlik texnologiyalarını və trendlərini izləmək, bu yenilikləri iş mühitinə tətbiq edərək sistemlərin inkişafını təmin etmək.
  • İstifadəçilərə təhlükəsizlik sistemlərinin düzgün işlədilməsi və təhlükəsizlik protokollarının tətbiq olunması barədə təlimlər keçmək.
  • Mövcud təhlükəsizlik siyasətləri və protokollarını təhlil etmək, zəruri olduqda yeniləmələr tətbiq etmək.
  • CCTV sistemlərini uzaqdan nəzarət etmək və administrasiya etmək bacarığına sahib olmaq, bu üsulla 24/7 monitorinq təmin etmək.
  • Avadanlıq və sistemlərin daimi texniki xidmətini təmin edərək, hər hansı bir nasazlığın qarşısını almaq və ehtiyat hissələri üçün plan qurmaq.
  • Sistem fəaliyyətinə dair müntəzəm hesabatlar hazırlamaq və təhlükəsizlik analitiklərini rəhbərlik üçün təqdim etmək.

Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına “CCTV üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi