Bravo Supermarketlər Şəbəkəsi hazırda 5 hipermarket, 39 supermarket və 91 marketlə müştərilərə xidmət göstərir. Aşağıda formatlara uyğun market siyahıları ilə tanış ola bilərsiz.
Bonus kartların sifarişi
10, 20, 50 və 100 AZN dəyərində Bravo bonus kartlarını əldə edib hədiyyə seçimi daha asan edə bilərsiz. Bonus kartlarını sifariş vermək üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur.
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Kart seçimi
Media
KİV ilə bağlı hər hansı sualınız olarsa, xahiş edirik, aşağıdakı formadan istifadə edin:
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Potensial təchizatçılar
Biz müxtəlif təchizatçılarla əməkdaşlıq edirik və əgər siz də məhsullarınızı Bravo-da təqdim etməkdə maraqlısınızsa, aşağıdakı formanı doldurmağınız xahiş olunur.
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Geri qaytarma və Dəyişdirmə siyasəti
- Marketdə alınan məhsullar Müəssisənin siyasətinə və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 1-ci bəndinin 15-ci maddəsinə uyğun olaraq, satış əməliyyatından sonra 14 gün ərzində dəyişdirilə və ya geri qaytarıla bilər.
- İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa (zəmanət talonu və s), bu hallarda o dəyişdirilə/qaytarıla bilər.
- Məhsulu geri qaytarmaq və ya dəyişdirmək üçün müştəri alış-veriş etdiyi marketə müraciət etməlidir.
- Məhsulu dəyişdirmə anında, satışda uyğun məhsul yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir məhsulu almaq və ya qaytarılan məhsulun dəyəri məbləğində pulu geri götürmək hüququna malikdir.
Geri qaytarılmayan məhsullar haqqında məlumat
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 114 nömrəli qərarına əsasən dəyişdirilməli olmayan malların siyahısı:
- Qızıl və qızıl məmulatları.
- Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
- İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
- Parfümer-kosmetika malları.
- Kişi, qadın və uşaq çimərlik paltarları.
- Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
- Məişət-kimyası malları.
- Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
- Uşaq oyuncaqları.
- İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
- Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
- Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları.
Marketlər haqqında ümumi məlumat
Marketlərin hansı formatları mövcuddur?
Bravo marketləri aşağıdakı formatlarda mövcuddur:
Hiper, Super və Bravo marketlər
Marketin iş vaxtını haradan öyrənə bilərəm?
Bravo marketlərin iş saatları barədə məlumatı https://bravosupermarket.az/stores linkə keçərək və ya *2266, WhatsApp +994 50 9902266 (yalnız mesaj) nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Ödəniş
Marketdə hansı ödəniş növlərindən və üsullarından istifadə edə bilərəm?
Aşağıdakı ödəmə üsullarından istifadə edə bilərsiniz:
- Nağd pul - AZN
- Bütün növ bank kartları:
PayPass (Mastercard) texnologiyası ilə kart istifadə edərək.
Pay Wave (Visa) texnologiyası ilə kart istifadə edərək.
- NFC texnologiyası ilə mobil telefonla ödəniş
- Bravo Bonus Kartları
- Loyal UMICO kartı (hesablanmış bonuslarla ödəmə).
Bonus kartım var, onu necə istifadə edə bilərəm? Hissə-hissə istifadə etmək mümkündür?
Bravo Bonus kartları 5 nominalda mövcuddur: 10 AZN, 20 AZN, 50 AZN, 100 AZN və 200 AZN. 200 AZN-lik hədiyyə kartı ilə, balansı bitənə qədər, yəni bir neçə qəbzin ödənişini etmək mümkündür. Digər kartlar (10, 20, 50, 100 AZN) bir dəfə istifadə üçün nəzərdə tutulub və həmin kartlar ilə yalnız bir qəbzin ödənişini etmək mümkündür.
Qeyd: Bravo Bonus kartlarından istifadə edərkən, eyni zamanda Bravo Loyal Pensiya Kartından istifadə edə bilərsiniz.
UMICO loyal kartımda bonuslarım var, ödəniş zamanı onlardan istifadə edə bilərəm?
Bəli, UMICO kartında olan bonuslar ilə alış-veriş məbləğinin bir hissəsini və ya bütün məbləğini ödəyə bilərsiniz.
Ödəniş zamanı UMİCO bonus kartının ballarını necə qazanırıq?
Bravo-da hər alış-verişinizdən sonra ödənilən məbləğin 1% -i karta geri qaytarılır.
Bravo loyal pensiya endirim kartım var; ödəniş zamanı istifadə edə bilərəm?
Bəli, Bravo Pensiya kartından istifadə edib kartı kassada təqdim etməklə alınan məhsullara 10% endirim əldə edə bilərsiniz.
Alış-verişin ödənişi zamanı kartımdan iki dəfə təkrar olaraq məbləğ silinib. Hara müraciət edə bilərəm?
Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Xahiş edirik, qəbz və silinməni bank tərəfindən təsdiq edən SMS və ya mobil tətbiqin mesajı ilə qəbzdə qeyd olunan marketə müraciət edəsiniz.
Ödəniş zamanı Bravo pensiyaçı və UMİCO kartlarından eyni zamanda istifadə edə bilərəm?
Xeyr, qeyd olunan kartların ödəniş zamanı bir yerdə istifadə edilməsi mümkün deyil.
Məhsulların mövcudluğu
Məhsulun mövcudluğunu necə öyrənə bilərəm?
Məhsulun mövcudluğu barədə *2266, WhatsApp +994 50 9902266 (yalnız mesaj) və ya hipermarketlər ilə əlaqə saxlayaraq məlumat ala bilərsiniz:
+994 12 404 27 16 Bravo Əhmədli- Əhmədli qəs., R.Quliyev küç4
+994 12 404 09 89 Bravo Koroğlu- "Koroğlu" m/s, H.Əliyev pr. 172
+994 12 404 09 69 Bravo 20 yanvar- “20 yanvar” m/s, Tbilisi pr. 3007-ci məhəllə
Online satışda olan məhsullar haqqında məlumatı https://bravomarket.online/ veb-saytında əldə edə bilərsiniz.
Məhsulu marketdən sifariş edib daha sonra yaxınlaşıb ala bilərəm?
Bütün müştərilərə qarşı ədalətli olmaq üçün marketlərdə əvvəlcədən sifarişləri qəbul etmirik.
Marketdən çox miqdarda məhsul almaq istəyirəm. Bir məhdudiyyət var?
Marketlərimizdə istədiyiniz sayda məhsul ala bilərsiniz. Hər hansı bir məhdudiyyət olduğu halda rəfdə qeyd olunacaq.
Məhsul ilə bağlı narazıçılıq
Aldığım məhsulun keyfiyyətindən narazı qaldım. Mən nə etməliyəm?
Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Xahiş edirik qəbz və məhsul ilə qəbzdə qeyd olunan marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər.
Sizdən son istifadə tarixi bitmiş məhsul almışam. Mən nə etməliyəm?
Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Xahiş edirik qəbz və məhsul ilə qəbzdə qeyd olunan marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər.
Qəbzdə və rəfdə məhsulun qiymətinin fərqləndiyini gördüm. Mən nə etməliyəm?
Qarşılaşdığınız mənfi hala görə sizdən üzr istəyirik. Xahiş edirik qəbz və məhsul ilə qəbzdə qeyd olunan marketə yaxınlaşasınız. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər.
Məhsulun qiymətinin son zamanlarda bahalaşdığını müşahidə etdim. Səbəbini necə öyrənə bilərəm?
Qiymət artımı bazara bağlıdır və tədarükçülərdən asılıdır. Bravo olaraq bizim məqsədimiz müştərilərimizə həm maddi, həm də keyfiyyət cəhətdən dəyərli təklif etməkdir. Bu baxımdan satınalma şöbəmiz ən münasib və sərfəli qiymətləri əldə etmək üçün daima çalışır.
Dəyişdirilmə və geri qaytarma siyasəti
Ümumi dəyişdirilmə / geri qaytarma siyasətiniz hansıdır?
Dəyişdirilmə / geri qaytarma barəsində ətraflı məlumatı https://bravosupermarket.az/page/laq/28#7-#26 linkə keçərək əldə edə bilərsiniz.
Aldığım elektrik məhsulu zədələnibsə nə etməliyəm?
Aldığınız məhsul İri Məişət və ya TV kateqoriyasına aid olduğu halda qəbzdə qeyd olunan market ilə əlaqə saxlayıb servis xidməti üçün qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdikdən sonra zəmanət talonu ilə birlikdə servis mərkəzinə yaxınlaşmağınız xahiş olunur.
Aldığınız məhsul Kiçik Məişət texnikası / Qulluq Vasitələri, və ya mobil telefon kateqoriyasına aid olduğu halda siz birbaşa servis mərkəzinə yaxınlaşıb qeydiyyatdan keçə bilərsiniz.
Qeyd: Məhsul üzrə müraciət edəcəyiniz servis mərkəzinin əlaqə nömrəsi və ünvanı zəmanət talonunda qeyd olunur.
Bravo-da məişət texnikasının alınması şərtləri
Hansı məhsul çeşidlərinin satışı mövcuddur?
Məhsulların çeşidi haqqında məlumatı hipermarketlərə müraciət edərək əldə edə bilərsiniz:
+994 12 404 27 16 Bravo Əhmədli - Əhmədli qəs., R.Quliyev küç4
+994 12 404 09 89 Bravo Koroğlu - "Koroğlu" m/s, H.Əliyev pr. 172
+994 12 404 09 69 Bravo 20 yanvar - “20 yanvar” m/s, Tbilisi pr. 3007-ci məhəllə
Məhsullara zəmanət verirsiniz?
Bəli, Bravo marketlərindən 30 AZN-dən yuxarı qiymətə alınan kiçik və böyük məişət texnikası, TV-audio və Oyun avadanlıqları, sağlamlıq və gözəllik avadanlıqlarına müəyyən müddətə zəmanət verilir.
+994 12 404 27 16 Bravo Əhmədli - Əhmədli qəs., R.Quliyev küç4
+994 12 404 09 89 Bravo Koroğlu - "Koroğlu" m/s, H.Əliyev pr. 172
+994 12 404 09 69 Bravo 20 yanvar - “20 yanvar” m/s, Tbilisi pr. 3007-ci məhəllə
Kredit vasitəsi ilə məhsulu almaq mümkündür?
Bəli, məişət texnikasını kredit ilə ala bilərsiniz. Ətraflı məlumat üçün hipermarketlərimizə müraciət edə bilərsiniz:
+994 12 404 27 16 Bravo Əhmədli - Əhmədli qəs., R.Quliyev küç4
+994 12 404 09 89 Bravo Koroğlu - "Koroğlu" m/s, H.Əliyev pr. 172
+994 12 404 09 69 Bravo 20 yanvar - “20 yanvar” m/s, Tbilisi pr. 3007-ci məhəllə
Çatdırılma və quraşdırma xidmətləri var?
Bəli, Bravo-da həm çatdırılma, həm quraşdırılma xidmətləri mövcuddur.
Çatdırılma xidməti diaqonalı 50 sm-dən yuxarı olan TV-lər və bütün İri Məişət texnikasına mövcuddur.
Quraşdırma xidməti ödənişli xidmətdir. Ətraflı məlumat üçün hipermarketlərimizə müraciət edə bilərsiniz:
+994 12 404 27 16 Bravo Əhmədli - Əhmədli qəs., R.Quliyev küç4
+994 12 404 09 89 Bravo Koroğlu - "Koroğlu" m/s, H.Əliyev pr. 172
+994 12 404 09 69 Bravo 20 yanvar - “20 yanvar” m/s, Tbilisi pr. 3007-ci məhəllə
Bravo Bonus və Loyal kartları
Bravo Bonus Kartını necə əldə edə bilərəm?
Bravo Bonus Kartını əldə etmək üçün, xahiş edirik böyük formatlı marketlərimizin Müştəri xidmətləri masasına müraciət edəsiniz.
Çox miqdarda Bravo Bonus Kartlarını necə sifariş edə bilərəm?
Sifariş ödəniş üsulundan asılıdır. Bank köçürməsi və məbləğ 5000 AZN-dən çox olduğu halda, xahiş edirik müqavilə bağlamaq və kart hazırlamaq üçün *2266, WhatsApp +994 50 9902266 (yalnız mesaj) nömrələrinə müraciət edəsiniz. Nağd ödəmə halında, xahiş edirik böyük formatlı marketlərimizin Müştəri xidmətləri masasına müraciət edəsiniz.
Bravo Bonus Kartı ilə nə ala bilərəm?
Bravo Bonus kartı ekvivalent dəyərində valyuta daşıyır. Bravo Bonus kartı ilə Bravo supermarketlər şəbəkəsində təqdim olunan mal və məhsulları əldə edə bilərsiniz.
Bravo Bonus Kartımı itirdim, nə etməliyəm?
Təəssüf ki, itirilmiş kartlar bərpa oluna bilməz.
Bravo Bonus Kartları alarkən Bravo loyallıq kartlarından istifadə edə bilərəm?
Xeyr, Bravo loyal kartlarından yalnız məhsul alarkən istifadə edə bilərsiniz.
Bravo Bonus Kartlarının istifadə müddəti var?
Bravo Bonus kartların istifadə müddəti alınan gündən 24 aydır. Bu məlumat kartın arxa tərəfində qeyd olunub.
Bravo Loyal Pensiya Kartının üstünlükləri nələrdir?
Bravo pensiya kartından yalnız Azərbaycan qanunvericiliyinə əsasən pensiyaçı statusu alan vətəndaşlar istifadə edə bilər. Bu kart Bravo marketlərdə məhsulları 10% endirim ilə əldə etməyə imkan verir.
Bravo Loyal Pensiya Kartını necə əldə edə bilərəm?
Kartı əldə etmək üçün xahiş edirik böyük formatlı marketlərdən birinə aşağıdakı sənədlər ilə müraciət edəsiniz:
- Pensiya bank kartınız;
- Şəxsiyyət vəsiqəniz;
Ətraflı məlumat üçün *2266, WhatsApp +994 50 9902266 (yalnız mesaj) və ya customerservice@bravosupermarket.az ilə əlaqə saxlaya bilərsiniz.
Bravo Loyal Pensiya Kartımı itirdim, nə etməliyəm?
Kart itkisi halında, *2266, WhatsApp +994 50 9902266 (yalnız mesaj) və ya böyük formatlı marketlərdən birinə müraciət etməyinizi xahiş edirik. Əməkdaşlarımız sizə köməklik göstərəcəklər.
UMICO Loyal Bonus Kartının üstünlükləri nələrdir?
UMICO kartı sizə Bravo-da hər alış-veriş etdiyiniz məbləğin 1%-nin geri qaytarılması imkanı əldə edir. Yığılmış bonuslar yeni alışlara xərclənə bilər.
UMICO Loyal Bonus Kartını necə əldə edə bilərəm?
UMICO bonus kartını aşağıdakı yollar ilə əldə edə bilərsiniz:
- Bravo böyük formatlı marketlərdən birinə müraciət edib, əlaqə nömrənizi təqdim edərək UMICO plastik bonus kartı əldə edə bilərsiniz.
- UMICO mobil tətbiqini yükləyərək, qeydiyyatdan dərhal sonra görünəcək rəqəmsal bonus kartından istifadə edə bilərsiniz.
Qazandığım UMICO kart bonuslarından necə istifadə edə bilərəm?
Toplanmış bonusları Bravo marketlərində yeni alış-verişlərə (1 bonus = 1 AZN məzənnəsi ilə) xərcləyə bilərsiniz.
UMICO Loyal Bonus Kartımı itirdim, nə etməliyəm?
Kart itkisi halında, xahiş edirik:
- UMICO əlaqə mərkəzinə müraciət edəsiniz - 915.
- Bravo böyük formatlı marketlərdən birinə müraciət edəsiniz, yeni kartı aldığınız zaman itirilmiş kart avtomatik olaraq bağlanılacaq.
Rəy bildirmək
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Reklam yerlərin icarəsi
Bravo marketlərdə reklamınızı yerləşdirmək üçün bizimlə əlaqə saxlayın.
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Topdan satış
Bravo topdansatış bölməsində iaşə obyektləri, otellər, ticarətçilər və digər biznes qurumları qida və qeyri-qida məhsullarını xüsusi şərtlərlə əldə edə bilərlər. Əlaqə üçün aşağıdakı formanı doldurmağınız xahiş olunur.
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir
Müştəri Qeydiyyat Forması
İcarə formu
Bravo mağazalarında icarə yer götürmək üçün onlayn müraciət
*-ilə işarə olunan sətirlərin doldurulması mütləqdir