Bravo market

KSM fəaliyyətləri

Ətraf mühitin qorunmasına maksimum töhfə verməyə çalışan BRAVO marketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyasının fəal iştirakçısıdır. İlk aksiya Koroğlu m/s yaxınlığında yerləşən Bravo hipermarketdə, daha sonra digər marketlərdə də müxtəlif zamanlarda keçirilmişdir. 

Aksiyanın məqsədi iştirakçılardan plastik butulkaları yığaraq eko çantalarla əvəzləmək, polietilen torbalardan istifadəni azaltmaq, əvəzinə alternativ torbalardan istifadə etməkdir.  

Qeyd edək ki, yığılan plastik tullantılar “AzEkol” MMC tərəfindən təkrar emala yönləndirilir.

 

Son illər təbiəti qorumaq, ətraf mühitin qeydinə qalmaqla bağlı müxtəlif silsilə tədbirlər keçirilir. Bunlardan biri də  “BRAVO” marketlər şəbəkəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Qırmızı Ürəklər” Fondunun təşəbbüsü ilə bir müddət öncə start verilən “Batareyanı təhvil ver, təbiəti qoru” layihəsidir.  

Aksiyanın məqsədi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasının qarşısını almaqdır. 

İşlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş BRAVO hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib. 

 

Lazım olmayan geyimləri ehtiyacı olan birinə vermək asan və xoşagələn köməklik üsullarından biridir. BRAVO hipermarketlərdə, eləcə də Babək prospektində yerləşən BRAVO superstorda paltar toplanması üçün IDEA Campaign təşkilatının təşəbbüsü ilə yardım konteynerləri quraşdırılıb. Həmin qutularda toplanan əşyalar xeyriyyə təşkilatları və qrupların köməyi vasitəsilə mütəmadi olaraq ehtiyacı olan insanlara paylanılır.

Lazımsız və istifadəyə yararlı olan geyim əşyalarınızı tullamaq əvəzinə həmin qutulara yerləşdirməyinizi xahiş edirik. Paltarlarınıza ikinci ömür verməklə siz həm insanlara öz yardım əlinizi uzatmış, həm də təbiətə vurulan zərəri azaltmış olursunuz.

Covid 730x350

BRAVO marketlər şəbəkəsi COVID-19 koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi zamanı əhalinin xüsusi həssas qruplarına – ailə başçısını itirmiş ailələr, eləcə də 65 yaşdan yuxarı tənha yaşlı insanlara dəstək olub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı ilə BRAVO ölkənin müxtəlif bölgələrində yaşayan tənha yaşlılar və xüsusi ehtiyacı olan ailələrə kartof, soğan, şəkər, çay, makaron, dənli bitkilər, un, bitki yağı, kolbasa və sosis, konservləşdirilmiş ət, gigiyena məhsulları və  gündəlik tələbat məhsullardan ibarət ərzaq payı çatdırmışdı.

Ümumilikdə 53.400 ərzaq payı təqdim edib ki, bununla da şirkətin bu layihələrə verdiyi töhfə artıq 2.8 milyon manatı keçib. 

Marketlərimizin kassalarında Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yerləşdirilən ianə qutularına kiçik yardımlar etməklə böyük xeyriyyə addımlarına dəstək ola bilərsiniz.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti vətəndaşlar tərəfindən ianə qutularına edilmiş ianələri aztəminatlı ailələrə, tənha və xroniki xəstə ahıllara, müalicələr üçün müraciət edənlərə, fövqaladə hallar zamanı istifadə etmək üçün anbar ehtiyatlarının formalaşdırılmasına, həmçinin yerli və beynalxalq səviyyədə baş vermiş fəlakətlərə sərf edir.

Bravo-nun keçirdiyi KSM layihələrdən biri də #PaylaşaraqSevindirək! şüarı altında satışa çıxarılan “Sevinc Payı” qutularıdır. Cəmi 4.99 AZN-a təklif olunan bu qutuların içində uşaqlar üçün şirniyyatlar, həmçinin hədiyyəli kuponlar olur. Layihənin əsas məqsədi hər qutudan gələn 1 AZN gəlirin xeyriyyə məqsədilə istifadə edilməsidir.

Bravo bu layihəni artıq bir neçə dəfə reallaşdırıb:
- 2019-cu ilin may-iyun aylarında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə;
- 2019-cu ilin noyabr-dekabr aylarında Yeni İl münasibətilə;
- 2020-ci ilin fevral-aprel aylarında Novruz bayramı münasibətilə;
- 2021-ci ilin iyun ayında;
- 2022-ci ilin mart-aprel aylarında.

 

Bu günə qədər layihə vasitəsilə 14500 AZN həcmində vəsait qazanılmış və xeyriyyə məqsədilə istifadə olunmuşdur.

Layihənin bu günə qədər olan tərəfdaşları: OYNA uşaq meydançası, McDonald’s Azərbaycan, CinemaPlus kinoteatrı, Bumblebee, Amburan Kids, Kinderland Shuvelan, Megafun Əyləncə Mərkəzi. Tərəfdaşlar bu layihə üçün öz müəssisələrinə endirim və ya hədiyyə kuponları təqdim edərək, bu KSM layihələrinə dəstək olmuşlar.
İstər övladınız üçün, istərsə də korporativ tədbirlər üçün əldə edəcəyiniz bu hədiyyələr ikiqat sevinc bəxş edəcəkdir! Hər uşağa Sevinc Payı bəxş edək!

Uzun müddətli istifadəyə yararlı Bravo çantaları ilə ətraf mühitin qayğısına qalaq və təbiəti qoruyaq!
Ətraf mühitin qorunmasına töhfə olaraq polietilen torbalardan imtina edərək təbiətə daha çox fayda vermiş olarıq. Bu səbəbdən BRAVO-da satışda olan hər zövqə uyğun alış-veriş çantalarını əldə edə bilərsiniz!

KSM layihəsi çərçivəsində BRAVO-nun uğurlu əməkdaşlıqlarından biri ASAN MƏKTUB-la reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq “Bir qəlbi də sən isit”, “Bayram Payı”, "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə  ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara  sevinc bəxş edib.

Belə ki, BRAVO hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır .
Müştərilərimiz mağazalarımıza yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərlər.
Bu günə qədər 1000-dən çox balaca fidanların arzuları gerçəkləşərək, onların sevincinə səbəb olub.