Bravo market

Kartlar

bravo market

UMICO

UMICO bonusları BRAVO-da! UMICO kartı sizə Bravo-da hər alış-veriş etdiyiniz məbləğin 1% -nin geri qaytarılması imkanı verir. Alış-verişi ödəmədən öncə Umico elektron (tətbiqdəki) və ya plastik kartınızı kassirə təqdim edin və bonusunuz dərhal bonus hesabınıza oturacaq. Bonusları yığın və yeni alışlara xərcləyin (1 bonus=1 AZN). UMICO bonus kartını aşağıdakı yollar ilə əldə edə bilərsiniz:

- Bravo filiallarından birinə müraciət edib, əlaqə nömrənizi təqdim edərək UMICO plastik bonus kartı əldə edə bilərsiniz.

- UMICO mobil tətbiqini yükləyərək, qeydiyyatdan dərhal sonra görünəcək rəqəmsal bonus kartından istifadə edə bilərsiniz.

UMICO bonus kartı haqqında əlavə məlumat üçün UMICO əlaqə mərkəzinə müraciət edə bilərsiniz: 915

bravo market

PENSİYAÇI KARTI

Sərfəli alış-verişə kömək edən BRAVO “Pensiyaçı Kartı”-ndan istifadə edərək məhsulları 10% endirim ilə əldə edə bilərsiniz. BRAVO “Pensiyaçı Kartı”-nı əldə etmək üçün BRAVO hipermarket, superstore və supermarketlərinə müraciət edib, Müştəri Xidmətləri bölməsinə aşağıda qeyd olunan sənədləri təqdim edin:

  • Pensiya kartınız;
  • Şəxsiyyət vəsiqənizin surəti;

Ətraflı məlumat üçün mağaza daxilində Müştəri Xidmətlərinə, customerservice@bravosupermarket.az elektron poçt ünvanına və ya aşağıdakı əlaqə nömrəsinə müraciət edə bilərsiniz: Bravo Çağrı Mərkəzi *2266

bravo market

BONUS KARTLARI

Sevdiklərinizi BRAVO-nun bonus kartları ilə sevindirin! Minlərlə keyfiyyətli məhsul çeşidindən istədiklərini seçmək imkanını onlara hədiyyə edin. 10, 20, 50 və 100 AZN dəyərində olan BRAVO bonus kartlarını əldə edib yaxınlarınızı sevindirə bilərsiniz. BRAVO bonus kartları ilə hədiyyə seçimi indi daha asan!
Bravo Bonus Kartı əldə etmək üçün, BRAVO hipermarket, superstore və supermarketlərinə müraciət edib, Müştəri Xidmətləri bölməsinə müraciət edə bilərsiniz.
Bonus kartlarının istifadə müddəti alınan gündən etibarən 24 aydır. Ətraflı məlumat üçün *2266 və ya customerservice@bravosupermarket.az ilə əlaqə saxlaya bilərsiniz.