Azərbaycan
Siyahıya qayıt

Bravo tətbiqində yeni dövr: HexaCoin-lər ilə daha çox qazan, daha sürətli yüksəl!

Bravo tətbiqində səni daha maraqlı və qazandıran bir yenilik gözləyir!

Bravo müştəriləri üçün xüsusi təqdim olunan bu yeni sistemlə artıq hər alış-veriş və tətbiq daxilində keçirdiyin vaxt daha dəyərlidir. Alış-veriş etdikcə və ya tətbiqdaxili oyunlarda iştirak etdikcə HexaCoin qazanırsan — topladıqca isə statusun yüksəlir və yeni imkanlar açılır! 

HexaCoin nədir?

HexaCoin — Bravo mobil tətbiqində istifadəçilərin aktivliyini qiymətləndirmək üçün yaradılmış xüsusi xal sistemidir. Bravo mağazalarında alış-veriş etdikdə və tətbiq daxilində müxtəlif oyunlarda iştirak etdikdə HexaCoin qazanmaq mümkündür. Toplanan HexaCoin-lər istifadəçinin tətbiq daxilində hansı statusda olduğunu müəyyən edir.

HexaCoin necə qazanılır?

Bravo mağazalarında edilən alış-veriş zamanı hər 1 AZN məbləğinə qarşılıq istifadəçilər 10 HexaCoin qazanırlar:

1 AZN = 10 HexaCoin

Bununla yanaşı, Bravo mobil tətbiqində təqdim olunan oyunlar və digər interaktiv funksiyalar vasitəsilə əlavə HexaCoin əldə etmək mümkündür.

Status səviyyələri

HexaCoin-lər istifadəçinin statusunu müəyyən edir. Bravo tətbiqində aşağıdakı status səviyyələri mövcuddur:

  • Basic – 1500 HexaCoin

  • Bronze – 4000 HexaCoin

  • Silver – 7500 HexaCoin

  • Gold – 17000 HexaCoin

  • Elite – 17000+ HexaCoin

Hər bir istifadəçi Bravo mobil tətbiqinə daxil olaraq öz cari statusunu, növbəti səviyyəyə qədər nə qədər HexaCoin lazım olduğunu və hər status səviyyəsinin təqdim etdiyi üstünlükləri rahat şəkildə görə bilər.

HexaCoin-lər necə hesablanır?

HexaCoin-lər 3 aylıq dövr üzrə hesablanır və sistem davamlı olaraq yenilənir. Məsələn, mart, aprel və may aylarında qazanılan HexaCoin-lər birlikdə nəzərə alınır. Növbəti ay başladıqda isə ən köhnə ay sistemdən çıxarılır və son üç ay üzrə hesablanma davam edir.

Vacib məlumat

HexaCoin-lər yalnız Bravo mobil tətbiqi daxilində istifadəçilərin aktivliyini ölçmək və status səviyyələrini müəyyən etmək məqsədi ilə istifadə olunur. Bu xallar pul vəsaiti hesab olunmur, keşbek və ya bonus kimi istifadə edilə bilməz, həmçinin məhsul və ya xidmətlə dəyişdirilməsi mümkün deyil.

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo tətbiqində yeni dövr: HexaCoin-lər ilə daha çox qazan, daha sürətli yüksəl!

Bravo tətbiqində səni daha maraqlı və qazandıran bir yenilik gözləyir!

Bravo müştəriləri üçün xüsusi təqdim olunan bu yeni sistemlə artıq hər...

Bravo Online-dan Pulsuz Çatdırılma!

BRAVO ONLINE pulsuz çatdırılma! 

BRAVO tətbiq daxilində olan BRAVO ONLINE alış-veriş platformasından Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində bol...

Bravo-da Miratorq kampaniyası başladı – möhür topla, hədiyyə qazan!

Bravo-da Miratorq kampaniyası başladı – möhür topla, hədiyyə qazan!

12 mart-12 aprel tarixlərində Bravo-dan Miratorq məhsulları alanları möhtəşəm hədiyyələr gözləyir!

Kampaniya çərçivəsində...