Azərbaycan
Siyahıya qayıt

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı
Bravo müştəriləri üçün yeni və maraqlı kampaniya təqdim edir. 5 mart – 5 aprel 2026 tarixlərində keçirilən kampaniya çərçivəsində Tess çay məhsullarını alan müştərilər Bravo mobil tətbiqində “Çarxı Fırlat” oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edirlər.


Kampaniyada iştirak etmək üçün müştərilər bir qəbzdə minimum 2 ədəd Tess çay məhsulu almalı və alış zamanı Bravo mobil tətbiqində olan barkodu kassada oxutmalıdırlar. Bu şərtlər yerinə yetirildikdən sonra Bravo tətbiqində “Çarxı Fırlat” oyunu aktivləşir və müştəri çarxı fırladaraq hədiyyələrdən birini qazana bilir.
Kampaniya çərçivəsində müştəriləri müxtəlif hədiyyələr gözləyir.

Qazanıla biləcək hədiyyələr arasında Tess Pleasure qara çay 25 ədədli paket, Tess Forest Dream meyvəli çay 20 ədədli paket, Tess markalı çanta və köynək, həmçinin Xiaomi Redmi Buds 6 Pro və Xiaomi Redmi Buds 6 Active qulaqlıqları, Xiaomi Redmi Watch 5 ağıllı saatı və Xiaomi Electric Scooter 4 Lite Gen2 elektrik skuteri kimi texnoloji hədiyyələr yer alır. Kampaniyada çarxı fırladan hər müştəri mütləq hədiyyə qazanır.

Məhsul hədiyyələri Bravo mobil tətbiqində kupon şəklində təqdim olunur. Müştəri tətbiqdə kuponu aktivləşdirdikdən sonra həmin kuponu 1 saat ərzində kassada istifadə edərək hədiyyəsini əldə edə bilər. Aktiv olunmamış hədiyyə kuponları isə kampaniyanın son tarixi olan 5 aprel 2026-dək istifadə edilə bilər.
Hədiyyələri qazanan müştərilər alış tarixindən 14 gün sonra Bravo tətbiqində təqdim olunan xüsusi kod vasitəsilə Bravo Koroğlu Hiper Müştəri Xidmətlərinə müraciət edərək hədiyyələrini əldə edə bilərlər. Hədiyyələrin götürülməsi üçün son tarix 30 aprel 2026 müəyyən edilmişdir.


Kampaniya yalnız Bravo mağazalarında keçərlidir və Bravo Online sifarişlərinə şamil edilmir. Hər müştəri kampaniyada gündə yalnız bir dəfə iştirak edə bilər.
Əlavə olaraq qeyd olunur ki, kampaniya çərçivəsində alınmış Tess məhsulları 14 gün ərzində geri qaytarıldığı halda qazanılmış hədiyyə hüququ ləğv edilir.
Bravo müştəriləri kampaniya müddətində Tess çaylarını alaraq Bravo mobil tətbiqində çarxı fırlada və müxtəlif hədiyyələr qazanmaq şansını əldə edə bilərlər.


Yükləmək üçün: Bravo App

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı
Bravo müştəriləri üçün yeni və maraqlı kampaniya təqdim edir. 5 mart – 5...

Bravo Online-dan Pulsuz Çatdırılma!

BRAVO ONLINE pulsuz çatdırılma! 

BRAVO tətbiq daxilində olan BRAVO ONLINE alış-veriş platformasından Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində bol...

BRAVO Ramazan ayı münasibətilə “Ramazan Təqvimi” kampaniyasına start verir

BRAVO Ramazan ayı münasibətilə “Ramazan Təqvimi” kampaniyasına start verir.

20 fevral 2026 etibarən BRAVO Ramazan ayı münasibətilə müştəriləri üçün xüsusi “Ramazan...