Azərbaycan
Siyahıya qayıt

Bravo-da Mohabbat Basmati ilə “Çarxı Fırlat” kampaniyası

Bravo-da Mohabbat Basmati ilə “Çarxı Fırlat” kampaniyası başladı
Bravo mağazalarında Mohabbat düyü sevənlər üçün yeni kampaniya start götürüb. 5 mart – 31 mart 2026 tarixlərini əhatə edən kampaniya çərçivəsində Mohabbat Basmati məhsullarını alan müştərilər Bravo mobil tətbiqində “Çarxı Fırlat” oyununda iştirak edərək müxtəlif hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Kampaniyada iştirak etmək üçün müştərinin bir qəbzdə minimum 1 ədəd Mohabbat Basmati məhsulu alması və alış zamanı Bravo mobil tətbiqindəki barkodu kassada oxutması kifayətdir. Bu şərtlər yerinə yetirildikdən sonra Bravo mobil tətbiqində “Çarxı Fırlat” oyunu aktivləşir və müştəri çarxı fırladaraq hədiyyə qazanmaq şansı əldə edir.
Kampaniyada aşağıdakı Mohabbat Basmati məhsulları iştirak edir:
•    MOHOBBAT, Basmati düyü 1820 q 
•    MOHOBBAT, Basmati düyü 910 q 
•    MOHABBAT, Basmati düyü 1820 q (kisə) 
•    MOHABBAT, Basmati düyü 5 kq (kisə)
Kampaniya müddətində hər müştəri həftədə yalnız bir dəfə iştirak edə bilər. Beləliklə, kampaniya ərzində bir müştərinin maksimum 4 dəfə iştirak etmək imkanı var.
Məhsul hədiyyələri Bravo mobil tətbiqində kupon şəklində təqdim olunur. Müştəri kuponu tətbiqdə aktivləşdirdikdən sonra 1 saat ərzində istifadə etməlidir. Kupon 1 saat ərzində istifadə edilmədiyi halda avtomatik olaraq deaktiv olunur.
Kampaniyada böyük hədiyyə qazanan müştərilər hədiyyələrini alış tarixindən 14 gün sonra əldə edə bilərlər.
Bravo müştəriləri kampaniya müddətində Mohabbat Basmati düyülərini alaraq Bravo mobil tətbiqində çarxı fırlada və müxtəlif hədiyyələr qazanmaq şansından yararlana bilərlər.


Yükləmək üçün: Bravo App

Digər fəaliyyətlər

Digər fəaliyyətlər ilə tanış olun!

Bravo-da Mohabbat Basmati ilə “Çarxı Fırlat” kampaniyası

Bravo-da Mohabbat Basmati ilə “Çarxı Fırlat” kampaniyası başladı
Bravo mağazalarında Mohabbat düyü sevənlər üçün yeni kampaniya start götürüb. 5 mart...

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı

Bravo-da Tess ilə “Çarxı Fırlat” kampaniyası başladı
Bravo müştəriləri üçün yeni və maraqlı kampaniya təqdim edir. 5 mart – 5...

Bravo Online-dan Pulsuz Çatdırılma!

BRAVO ONLINE pulsuz çatdırılma! 

BRAVO tətbiq daxilində olan BRAVO ONLINE alış-veriş platformasından Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərində bol...