Azərbaycan

Ət və təzə qida məhsulları üzrə mütəxəssis

Qısa vəzifə təsviri:        Ət və təzə qida məhsulları üzrə mütəxəssis, bu şöbələrdə əməliyyat mükəmməlliyinin, məhsul keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsinə cavabdehdir. Bu vəzifə göstəricilərin təhlili, proseslərin təkmilləşdirilməsi və bütün mağazalarda qida təhlükəsizliyi və xidmət standartlarına riayət olunmasının təmin olunmasına yönəlib

 

Əsas öhdəliklər:

  • Müştəri təcrübəsini yaxşılaşdırmaq, satışları maksimuma çatdırmaq və Ət və Təzə qida Məhsullar bölməsi üzrə mənfəəti artırmaq üçün təşəbbüslərə rəhbərlik etmək.
  • Satış hədəflərini strateji şəkildə planlaşdırmaq, itkilərə nəzarət etmək və gündəlik fəaliyyət göstəricilərini izləmək yolu ilə biznesin davamlı inkişafını təmin etmək.
  • Keyfiyyətdən yayinmalar üçün ətraflı səbəb təhlilləri aparmaq və düzəldici və qarşısını alıcı fəaliyyət planları hazırlamaq.
  • Məhsul keyfiyyətini və əməliyyat səmərəliliyini artırmaq məqsədilə yerli və beynəlxalq bazarlardan ən yaxşı təcrübələri araşdırmaq və tətbiq etmək.
  • Mağazalarda ət və təzə məhsullar kateqoriyası üzrə fəaliyyətləri izləmək və qiymətləndirmək; KPI-ların yaxşılaşdırılması üçün fərdi dəstək planları hazırlamaq.
  • Bütün satış nöqtələrində brend və xidmət standartlarının sabit şəkildə tətbiq olunmasına nəzarət etmək.
  • Mağazaların qida təhlükəsizliyi, gigiyena və müştəri xidməti tələblərinə uyğunluğunu təmin etmək üçün mütəmadi və strukturlaşdırılmış yoxlamalar aparmaq və tövsiyələr vermək.
  • Mağaza auditləri zamanı müəyyən edilən çatışmazlıqlar üçün düzəldici fəaliyyət planları hazırlamaq və onların vaxtında icrasına nəzarət etmək.
  • Yoxlama nəticələri, performans meylləri və təkmilləşdirmə tədbirləri üzrə ətraflı hesabatlar tərtib etmək və təqdim etmək.
  • Müştəri rəyləri və bazar təhlili əsasında məhsul və xidmət təkliflərini qiymətləndirmək və istehlakçı ehtiyaclarını daha yaxşı qarşılamaq üçün təkmilləşdirmələr tətbiq etmək.
  • Proseslərin təkmilləşdirilməsi və məlumatlara əsaslanan qərarvermə yolu ilə əməliyyat səmərəliliyini artırmaq.
  • Gənc mütəxəssislər və mağaza komandaları üçün mentor və bilik mənbəyi kimi çıxış etmək, hesabatlılıq və mükəmməllik mədəniyyəti yaratmaq.
  • Biznes hədəfləri ilə uyğunlaşmanı təmin etmək üçün Keyfiyyətə Nəzarət, Təchizat Zənciri və Marketinq kimi funksional şöbələrlə sıx əməkdaşlıq etmək.
  • Daxili siyasətlərə, sənaye tələblərinə və qida təhlükəsizliyi standartlarına tam uyğunluğu təmin etmək.
  • Birbaşa rəhbərlik tərəfindən verilən digər vəzifələri vaxtında və peşəkar şəkildə yerinə yetirmək.

 

Vəzifə üzrə tələblər:

 

  • Orta və ya Ali təhsil (Qida Texnologiyası, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə)
  • Ət məhsulları, təzə qida məhsullar bölməsi və ya ərzaq pərakəndə əməliyyatları sahəsində minimum 1 il müvafiq iş təcrübəsi,
  • Rus və ya İngilis dillərindən birində sərbəst danışıq bacarığı üstünlükdür
  • Ət və ət məhsullarının təsnifatı, emalı və saxlanması üzrə güclü biliklər
  • Qida təhlükəsizliyi və gigiyena qaydaları üzrə möhkəm anlayış
  • Orta və ya irəli səviyyədə Excel bilikləri; məlumatların təhlili bacarığı üstünlükdür
  • Təkmilləşdirmə layihələrinə rəhbərlik etmək, onları planlaşdırmaq və həyata keçirmək bacarığı
  • Strateji düşüncə ilə güclü analitik və problem həll etmə bacarığı
  • Əla ünsiyyət, kouçinq (təlim) və nəzarət bacarıqları
  • Yüksək təşkilatçılıq qabiliyyəti, nəticəyə yönəliklik və məsuliyyətlilik

 

Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına Ət və təzə qida məhsulları üzrə mütəxəssis” başlığı ilə CV göndərərək  müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi