Vəzifənin məqsədi - İstismar xidmətlərinin əməliyyat dəstəyi üzrə mütəxəssisi texniki və inzibati sənədlərin idarə olunması, texniki xidmət sorğularının qəbul və koordinasiyası, podratçılarla iş və departamentlərarası fəaliyyətlərin dəstəklənməsi vasitəsilə bütün istismar xidmətlərinin fasiləsiz işləməsini təmin edir. Bu rol bir neçə məntəqədə təhlükəsiz, səmərəli və tələblərə uyğun fəaliyyətə şərait yaradır və İstismar komandasına və tərəfdaşlara vaxtında dəstək göstərir.
Öhdəliklər
Sorğu və Podratçıların İdarə Edilməsi
- Elektrik, mexaniki, İHS, soyuducu, santexnika, havalandırma, liftlər, travellatorlar və yük liftləri daxil olmaqla bütün texniki xidmət sorğularını qəbul etmək, qeydiyyata almaq və izləmək.
- Şəhər və region obyektləri üçün ın Xidmət Səviyyəsi Razılaşmalarının izlənilməsi.
- Excel və ya digər istismar sistemlərində bütün podratçıların tamamladığı işlər üzrə tam məlumat bazasının aparılması.
- Nəzarətçilər, mühəndislər və texniklər tərəfindən təqdim olunan hesabatların düzgünlüyünü yoxlamaq.
- İstismar proqram təminatında (məs., Fiix) sorğuların düzgün bağlanmasını təmin etmək.
Avadanlıq Sənədlərinin İdarə Edilməsi
- Liftlər, mexaniki nəqliyyat vasitəsi (travellator) və yük liftləri üzrə test protokolları, aktlar, hesabatlar və müqavilələr daxil olmaqla bütün sənədlərin tam şəkildə saxlanılması.
- Sənədlərin elektron və fiziki arxivləşdirilməsi.
- Qəza, nasazlıq və görülmüş işlər üzrə aylıq hesabatların hazırlanması.
- Xidmət göstərən şirkətlərin fəaliyyətinə nəzarət olunması və uyğunluğun təmin edilməsi.
- Əməliyyat deprtamentinin baş direktoru, SƏTƏM və Maliyyə komandaları üçün məlumat və hesabatların hazırlanması.
Minimal Ehtiyat və Satınalma Nəzarəti
- Kritik ehtiyac duyulan ehtiyat hissələri və materialların siyahısının (MIN-STOCK LIST) saxlanılması.
- Satınalma komandası ilə birlikdə satınalma statusunun izlənməsi.
- Tələb olunan materiallar üçün satınalma sifarişlərinin (PO) yaradılmasına təşəbbüs göstərmək.
Texniki Xidmət və Nəqliyyat Dəstəyi
- İstismar şöbəsinə məxsus nəqliyyat vasitələrinin cərimələri və texniki xidmət qrafiklərinin izlənməsi.
- Avtomobillərin istifadəsi və xidmətinə dair aylıq hesabatların hazırlanması.
- Nəqliyyat xidmətləri ilə bağlı hesab-fakturalar və xidmət aktlarının yoxlanılması.
.
Tələblər
- İqtisad, mühəndislik və ya oxşar sahə üzrə bakalavr təhsili arzuolunandır.
- Obyektlərin idarə edilməsi, texniki dəstək və ya texniki xidmət koordinasiyası üzrə minimum 1 il təcrübə.
- Güclü təşkilati və inzibati bacarıqlar.
- MS Excel və hesabat hazırlama bacarığı.
- Departamentlər və podratçılarla effektiv ünsiyyət və koordinasiya bacarığı.
- Detallara diqqət və dəqiq sənədləşmə aparmaq bacarığı.
- Bir neçə tapşırığı paralel idarə etmək və vaxtında icra bacarığı.
- Podratçılar, təchizatçılar və müxtəlif lokasiyalardakı daxili komanda ilə iş təcrübəsi.
- Rus dili biliyi tələb olunur, ingilis dili arzuolunandır.
Müraciət qaydası:
Maraqlanan namizədlər öz CV-lərini “Facility Operational Support Specialist” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.