Vəzifə öhdəlikləri:
- Mağazalarda keçirilən Total inventarizasiyalarda qrafikə uyğun davamlı iştirak etmək
- Mağazalarda keçirilən Total inventarizasiyalarda sayıma görə bölgü edilmiş ərazi və məhsullar üzrə sayım etmək, məhsulları skan edərək miqdarını sistemə daxil etmək
- Total sayımlarda davamiyyət üzrə (əsasən gecə növbəsi) iştirak etmək, məhsulların sayılmasını və eləcə də barkod və miqdarları skan edərək sistemə daxil edilməsini təmin etmək
- Sayım sonrası Qrup rəhbərləri tərəfindən təyin edilmiş cədvəllər üzrə təkrar sayım etmək və məlumat vermək
- Mağazanın satış ərazisinə uyğun bölünmüş sahələr üzrə öhdəliyinə düşən zonaların vaxtında sayılıb və skan edildikdən sonra yoxlanışını təmin etmək
- Qrup rəhbərlərinin verdiyi tapşırıqları (Anbar və ya Ticarət zalında təsadüfi sayım və ya yoxlanış, bölgü üzrə zonaların sayılması və ya əl terminalı ilə skan edilməsi və s.) yerinə yetirmək
Tələblər:
- Market sistemində və marketdə satılan məhsul çeşidləri ilə bağlı min 1 il praktiki iş təcrübəsi;
- Ali və ya orta təhsil
- İnventarizasiya keçirmə bacarığı;
- Zamanın idarə olunması və problem həll etmə bacarığı;
- Sürətli hesablama qabiliyyəti;
- Microsoft Office proqramlarından anlayış;
- Standart əməliyyat prosedurları (SOPs) və əməyin mühafizəsi, təhlükəsizlik və ətraf mühit qaydaları və qanunları haqqında anlayış
- Situasiyaya uyğunlaşma qabiliyyəti
Maraqlanan namizədlər [email protected] email ünvanına “İnventar üzrə Hesablayıcı” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.