Azərbaycan

Debitor borcları üzrə kiçik mühasib

Bu vəzifənin məqsədi mühasibat uçotu və maliyyə proseslərinə dəstək vermək, gündəlik əməliyyatların dəqiq və vaxtında aparılmasını təmin etməkdir. Namizəd sənədləşdirmə və hesabatların hazırlanmasında iştirak edəcək, maliyyə qeydlərinin düzgünlüyünə nəzarət edəcək, həmçinin analitik düşünmə bacarıqları vasitəsilə problemlərin həllinə və proseslərin təkmilləşdirilməsinə töhfə verəcək.

ÖHDƏLIKLƏR:

 

  • İcarəçilər üçün Debitor borcları haqqında detallı hesabatın hazırlanması (MRE)
  • Hər gün icarəçilər üzrə (MRE) bank çıxarışının yoxlanılması
  • İcarəçilər üçün aylıq müavinət hesabatının hazırlanması (ASM və MRE)
  • Ay bağlandıqdan sonra MRE üçün müavinətlərin icmal hesabatının (6C00) hazırlanması
  • Ay bağlandıqdan sonra MRE (İcarəçi) üçün 6700-7500 hesab hesabatının hazırlanması
  • Ay bağlandıqdan sonra kommunal xidmətlər üçün 6P02 hesab hesabatının hazırlanması
  • Ay bağlandıqdan sonra depozit məbləği üçün 7B40 hesab hesabatının hazırlanması
  • Ay bağlandıqdan sonra İcarəyə görə 7L00 hesab hesabatının hazırlanması
  • İcarəçilər üzrə həftəlik debitor borcunun və ödəniş hesabatının hazırlanması və lizinq komandasına göndərilməsi (ASM & MRE)
  • İcarə üzrə yeni müqavilələrin excel faylına əlavə edilməsi
  • İcarəçilər üzrə hüquqi prosesə başlamaq üçün lazımi məlumatların Hüquq komandasına göndərilməsi
  • Həftəlik B2B debitor hesabatının hazırlanması və B2B komandasına göndərilməsi
  • İcarə, kommunal (ASM & MRE), B2B, Bravo kart və tullantılar üzrə qaimələrin yazılması və e-vergilərə göndərilməsi. Vergi sisteminin daxili sistemlə uzlaşdırılması.
  • İnvoys sənədlərinin ödəniş üçün bütün müştərilərə göndərilməsi
  • Ödənişlərin ay sonuna kimi uyğun invoyslarla bağlanması
  • Lizinq komandasının müraciəti əsasında düzəlişlərin edilməsi
  • Müştərilər və digər komandalardan gələn məktubların və zənglərin cavablandırılması
  • 650 qəbzin möhürlənməsi və rüblük fakturaların (30) Amerika səfirliyinə göndərilməsi
  • İcarəçilər və B2B müştəriləri ilə rüblük və illik borcların uzlaşdırılması, problemlərin həlli və aktların hazırlanması.

 

VƏZIFƏ ÜZRƏ ÖHDƏLIKLƏR:

 

  • Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi
  • Mühasibat uçotu üzrə fundamental biliklər
  • Minimum 3 ay mühasibatlıq təcrübəsi
  • Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı
  • Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları 
  • Dəqiqlik və detallara diqqət
  • Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları; ingilis dili üzrə orta səviyyə kifayətdir.
  • Təşəbbüs
  • Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
  • Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
  • Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı
  • Müstəqil və komanda mühitində işləmək bacarığı

Qeyd: Maraqlanan namizədlər [email protected] email ünvanına Debitor borcları üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək  müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət üçün CV formasını yüklə

Şəxsi məlumatlar

Təşəkkür edirik!

Sizin müraciətiniz uğurla göndərildi