Lazım olmayan geyimləri ehtiyacı olan birinə vermək asan və xoşagələn köməklik üsullarından biridir.
BRAVO hipermarketlərdə, eləcə də Babək prospektində yerləşən BRAVO superstorda paltar toplanması üçün IDEA Campaign təşkilatının təşəbbüsü ilə yardım konteynerləri quraşdırılıb. Həmin qutularda toplanan əşyalar xeyriyyə təşkilatları və qrupların köməyi vasitəsilə mütəmadi olaraq ehtiyacı olan insanlara paylanılır.
Lazımsız və istifadəyə yararlı olan geyim əşyalarınızı tullamaq əvəzinə həmin qutulara yerləşdirməyinizi xahiş edirik. Paltarlarınıza ikinci ömür verməklə siz həm insanlara öz yardım əlinizi uzatmış, həm də təbiətə vurulan zərəri azaltmış olursunuz.