Sosial qayğıya ehtiyacı olan uşaqların arzularının gerçəkləşməsi üçün “BRAVO” marketlər şəbəkəsi və "ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramının birgə əməkdaşlığı ilə #birqəlbidəsənisit aksiyası yenidən həyata keçirilir.
Belə ki, uşaqların arzularını yazdıqları “ASAN Məktub”lar 20 Yanvar və Koroğlu m/s yaxınlığındakı Bravo Hiperlərdə quraşdırılan "Yeni İl" stendlərində yerləşdiriləcək.
Qeyd olunan Bravo Hiperlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərsiniz.
Ehtiyacı olan uşaqlara bayram paylarını çatdırmaqda bizə dəstək olun, bir qəlbi də siz isidin.