Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində BRAVO marketlər şəbəkəsi bu dəfə inklüziv cəmiyyət üçün töhfəsini verdi. Marketlər şəbəkəsi Azərbaycanda bir ilk olaraq fəaliyyətə başlayan inklüziv kafenin fəaliyyətə başlamasının əsas dəstəkçilərindəndir.
Kafe öz seqmentində bənzərsizdir. Belə ki, kafenin işçi heyəti inklüziv tərkibdədir. Burada sağlamlıq imkanları məhdud gənclər işləyərək müştərilərə nümunəvi xidmət göstərir. Kafedə ümumilikdə 20 gəncin məşğulluğu təmin olunub ki, onlardan 10 nəfəri autizmli və daun sindromlu gənclərdir. Sosial sahibkarlıq təşəbbüsü olan kafe fərqliliyi olan gənclərin məşğulluğuna dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyır.
İnklüziv cəmiyyətin yaradılması istiqamətində atılan bütün addımlarda iştirakı özünə borc bilən BRAVO mütəmadi olaraq “Birgə və Sağlam” İctimai birliyi ilə əməkdaşlıq edir.
Bu layihədə BRAVO marketlər şəbəkəsi ilə yanaşı Baku Electronics və Boshhome -da dəstəyini göstərərək, layihənin əsas tərəfdaşlarından olub.