KSM layihəsi çərçivəsində BRAVO-nun uğurlu əməkdaşlıqlarından biri ASAN MƏKTUB-la reallaşıb. 2017-ci ilin dekabrından başlayan əməkdaşlıq “Bir qəlbi də sən isit”, “Bayram Payı”, "Sizin qayğınız bayram sevinci olsun" devizi ilə ümumilikdə bu günə qədər yüzlərlə uşaqlara sevinc bəxş edib.
Belə ki, BRAVO hipermarketlərdə Yeni İl və Novruz bayramı ərəfəsində xüsusi dekorativ ağacda yüzlərlə aztəminatlı, ehtiyacı olan uşaqların istəkləri yazılan məktublar yer alır .
Müştərilərimiz mağazalarımıza yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərlər.
Bu günə qədər 1000-dən çox balaca fidanların arzuları gerçəkləşərək, onların sevincinə səbəb olub.