İşin məqsədi: Biznes Prosesləri üzrə mütəxəssis siyasət, prosedur və digər normativ sənədlərin hazırlanması vasitəsilə risk və biznes proses mühitinin təmin edilməsinə cavabdeh olacaq, şirkətin biznes prosesləri və risk məsələləri üzrə standartlaşdırma və ardıcıllığı gücləndirmək üçün işləyəcək.
Vəzifə öhdəlikləri:
- Mövcud biznes proseslərini izləmək, təhlil etmək və sənədləşdirmək;
- Proseslərdə boşluqları, səhvləri, təkrarlanmaları müəyyən etmək;
- Prosesləri təhlil etmək və riskləri aşkar etmək;
- Prosesləri vizual şəkildə təqdim etmək (proses axın diaqramları, sxemlər);
- Proseslərlə əlaqəli riskləri və təkmilləşdirmə imkanlarını müəyyən etmək;
- Uyğunluğun qiymətləndirilməsi məqsədilə biznes proseslərinin vaxtında icmalını aparmaq;
- Proses sənədlərinin, reyestrlərin və qeydlərin düzgün və dəqiq şəkildə aparılmasını təmin etmək;
- Maraqlı tərəflər və komanda yoldaşları ilə əməkdaşlıq etmək;
- Tapşırıqların vaxtında icrasını təmin etmək.
Tələblər:
Texniki bacarıqlar:
- Risk və Biznes proseslərində bir ildən iki ilədək təcrübə
- Maliyyə, İqtisadiyyat, Biznes və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi;
- Azərbaycan və İngilis dillərini şifahi və yazılı şəkildə çox yaxşı səviyyədə bilmək; güclü Rus dili üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- MS Word proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Güclü yazılı ünsiyyət bacarıqları (səhvsiz və dəqiq yazı);
- Dinləmək, müzakirələri qeydə almaq və strukturlaşdırılmış qeydlər hazırlamaq bacarığı;
- Güclü proses vizuallaşdırma bacarıqları; Microsoft Visio proqramı üzrə təcrübə üstünlükdür;
- ISO 9001 üzrə bilik və ya təcrübə üstünlükdür;
- Kibertəhlükəsizlik, İT, Tikinti və ya Satınalma sahələrində təcrübə və ya güclü bilik üstünlükdür.
Şəxsi bacarıqlar (Soft Skills):
- Güclü ünsiyyət və maraqlı tərəflərlə işləmə bacarıqları;
- Vaxtın idarə edilməsi və son tarixlərə riayət etmək bacarığı;
- Detallara yüksək diqqət və məlumatlarla strukturlaşdırılmış şəkildə işləmə bacarığı;
- Təşəbbüskarlıq, motivasiya və proseslərin təkmilləşdirilməsinə maraq.
Müraciət qaydası:
Maraqlanan namizədlər [email protected] email ünvanına “Biznes Proseslər üzrə mütəxəssis
” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.